Nəsrin Cavadzadə məktəbli forması paylaşımına görə onu tənqid edənləri məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Nəsrin Cavadzadə məktəbli forması paylaşımına görə onu tənqid edənləri məhkəməyə verdi

Şou

19 Oktyabr 2026 19:25 123


Türkiyədə tanınan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkələrdə ona qarşı səsləndirilən ittihamlara cavab verib.

“Yeni Sabah” xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşımına görə tənqid olunmasına etiraz edib. O, ünvanına yazılanları qarayaxma kampaniyası adlandırıb və hüquqi tədbirlər görülməsi üçün vəkillərinə müraciət etdiyini açıqlayıb.

Nəsrin həmçinin məhkəmə prosesi nəticəsində əldə olunacaq vəsaiti uşaqların təhsilinə dəstək məqsədilə bağışlayacağını bildirib: Toyuqlu pizza

“Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığımı və ya inancımı sorğulamağa haqqı yoxdur. Paylaşımı bəyənmədiyi üçün mənə aid olmayan düşüncələri mənim adıma təqdim edən, tənqid həddini aşan təhqir və şəxsiyyət hüquqlarıma yönəlmiş hücumları qətiyyətlə rədd edirəm. Bu proses çərçivəsində təhqir və şəxsiyyət hüquqlarının pozulması ehtimalı olan paylaşımlarla bağlı sübutlar toplanıb, bütün hüquqi və cinayət-hüquqi tədbirlərin görülməsi üçün vəkillərimə müraciət edilib. Məsul şəxslərlə bağlı qərarı Türkiyə məhkəməsi verəcək. Bundan əlavə, bu prosesin sonunda əldə ediləcək vəsaiti və təyin olunacaq təzminatları uşaqların təhsilinə dəstək məqsədilə Darüşşafaka Cəmiyyətinə və Türk Təhsil Fondunun vəqfinə bağışlayacağımı ictimaiyyətə bildirirəm. Kimliyim, inancım və dəyərlərim üzərindən aparılan heç bir hörmətsizləşdirmə cəhdinə boyun əyməyəcəyəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!