Litvada yerləşən ABŞ silahlı qüvvələrinin hərbi qulluqçuları təmkin rejimindən döyüş hazırlığı rejiminə keçirlər”.
Yenisabah.az xəbər verir ki, bu barədə Litva ordusunun komandanı, general-leytenant Valdemaras Rupşis danışıb.
Litva ordusunun komandanı xatırladıb ki, ABŞ silahlı qüvvələrinin bölmələri Litvada rotasiya əsasında yerləşdirilir: Toyuqlu pizza
“Bu yaxınlarda Vaşinqtonda aparılan danışıqlar zamanı razılaşdırılıb ki, ABŞ ordusunun mövcudluğu qaydası ən azı 2025-ci ilə qədər saxlanılacaq, ondan əvvəl isə daimi dislokasiyaya keçid olmayacaq. Əvvəllər əsas olan çəkindirmə faktoru idi ki, biz buradayıq, amma qoşun artırıla bilər, mövcudluq forması dəyişdirilə bilər.
O vaxt bizimlə daha çox təlimlər keçirmək, ərazi ilə tanış olmaq, bu cür taktiki tapşırıqlar verməklə məşğul olan bölmələr var idi. İndi isə vəziyyət dəyişdikdə bir anda döyüşə biləcək bölmələr və texnikalar yerləşdirilir. Yəni, bu, bir rejimdən digər rejimə olan bir keçiddir”.
Rupşis vurğulayıb ki, ABŞ son zamanlar bütün Avropada hərbi mövcudluğunu fəal şəkildə gücləndirir, lakin Rupşisin fikrincə, bu, “düşmənin təhdid qiymətləndirmələrini nəzərə alan vəziyyətə reaksiyadır” və aktiv müdafiəyə keçid demək deyil.
Xatırladaq ki, NATO-nun 2016-cı ildə Varşavada keçirilən sammitində alyans çoxmillətli batalyonların Latviya, Litva, Estoniya və Polşada rotasiya əsasında bu ölkələrin müraciəti əsasında yerləşdirilməsinə qərar verib.
Telegram kanalımız