ABŞ İran millisinin bəzi nümayəndələrinə viza vermədi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İran millisinin bəzi nümayəndələrinə viza vermədi

İdman

06 İyun 2026 22:34 104


İran milli futbol komandasının nümayəndə heyətinin bir hissəsi 2026-cı il dünya çempionatı öncəsi ABŞ vizası ala bilməyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat İranın Türkiyədəki səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşılıb.

"Milli komandanın rəhbərliyinin, məşqçilər korpusunun, texniki məsləhətçilərin və komandanın ayrılmaz hissəsi olan digər şəxslərin əhəmiyyətli hissəsinə viza verilməsindən imtina edildiyini niyə demirsiniz?", - deyə paylaşımda qeyd olunub. Pepperoni pizza

Qrup mərhələsində İran millisi Kaliforniya ştatının İnqlvud şəhərində Yeni Zelandiya və Belçika milli komandaları ilə qarşılaşacaq. Daha sonra isə Sietldə Misir milli komandası ilə üz-üzə gələcək.

2026-cı il FIFA Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.

Hazırkı dünya çempionu Argentina millisidir. Argentinalılar 2022-ci il dünya çempionatının finalında Fransa millisini məğlub edərək titul qazanıblar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!