Afət Seyidzadəyə vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Afət Seyidzadəyə vəzifə verildi

Mədəniyyət

10 İyul 2026 19:03 86


Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinə yeni rəhbər təyin olunub.

"Yeni Sabah" Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı ali məktəbin rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Afət Seyidzadə Heydər Əliyev Muzeyinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, A.Seyidzadə daha əvvəl həmin muzeydə mütəxəssis vəzifəsində çalışıb. Toyuqlu pizza

Xatırladaq ki, BDU-nun Heydər Əliyev Muzeyinin əvvəlki müdiri, filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova bu ilin fevral ayında vəfat edib.

Universitetin Heydər Əliyev Muzeyi 1997-ci ildə ulu öndər Heydər Əliyevin şəxsi razılığı ilə fəaliyyətə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!