Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü

Hadisə

18 İyul 2026 23:31 84


Ağdaş rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva müalicə üçün yerləşdirildiyi Ağdaş Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. İlkin ehtimala görə, qadının yüksək hərarət səbəbindən dünyasını dəyişdiyi bildirilir. Sezar pizza

Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!