Aİ-dən Ermənistanla bağlı Rusiyanı hiddətləndirəcək açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Aİ-dən Ermənistanla bağlı Rusiyanı hiddətləndirəcək açıqlama

Dünya

11 May 2026 12:22 117


“Ermənistanın gələcəyini yalnız erməni xalqı müəyyən edə bilər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası öncəsi Ermənistanın Avropaya inteqrasiya kursundan danışarkən bildirib.

“Yalnız Ermənistan xalqı öz gələcəyi ilə bağlı qərarlar qəbul edə bilər. Avropa Siyasi Birliyinin son zirvə toplantısı, eləcə də Aİ–Ermənistan sammiti onların hansı yolu seçmək istədiklərini göstərdi. Avropa da onları dəstəkləyəcək”, — Kos Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avropa yolunu seçməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!