Kim Çen In ölüb?   - ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Kim Çen In ölüb? - ŞOK İDDİA

Dünya

20 Oktyabr 2026 00:16 303


Şimali Koreya lideri Kim Çen Inın təcili müalicə üçün Çinə aparıldığı barədə sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatlar yayılıb.

"Yeni Sabah" xəbər verir ki, "The Sun" nəşrinin yazdığına görə, sosial şəbəkə istifadəçiləri Şimali Koreya lideri Kim Çen Inın beyinə qansızmasından sonra komaya düşdüyünü iddia edirlər.

İddialara əsasən, qansızmadan sonra təcili tibbi yardım göstərilməsi üçün Şimali Koreya lideri Çindəki xəstəxanaya aparılıb. Dominos pizza

Onun Pxenyandakı tibbi imkanların zəif olması səbəbindən ölkədən çıxarıldığı bildirilir.

İnternetdə yayılan ehtimallara görə, Kim Çen In Pekindəki Pekin İttifaq Tibb Kollecinin xəstəxanasına aparılıb və orada təcili müalicə alıb.

O, sonuncu dəfə oktyabrın 11-də Pxenyanda yerləşdiyi açıqlanmayan müdafiə muzeyinə səfəri zamanı görüntülənib.

Şimali Koreya üzrə ekspert Benedikt Rocers bildirib ki, liderin ölümü ilə bağlı təsdiqlənməmiş iddialar fonunda rejimin onun sağ olduğunu göstərən sübutlar açıqlayacağını gözləyir. O, oxşar şayiələrin əvvəllər də yayıldığını qeyd edib.

Eyni zamanda, "The Economic Times" Kim Çen Inın öldüyü və hakimiyyətin bacısı Kim Yo Çjona keçməsi barədə məlumat yayıb. Məlumatlar hələlik təsdiqlənməyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!