Bir gündə iki zəlzələ oldu: Azərbaycanda güclü təkanlar gözlənilir?

saytların hazırlanması

Evə çatdırılma

Bir gündə iki zəlzələ oldu: Azərbaycanda güclü təkanlar gözlənilir?

Sosial

20 Oktyabr 2026 08:01 551


Oktyabrın 9-da Xəzər dənizində və İsmayıllıda cəmi 8 dəqiqə fərqlə iki zəlzələ qeydə alınıb.

“Yeni Sabah”Xəzər TV-yə istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, saat 11:27-də Xəzər dənizində baş verən zəlzələnin maqnitusası 3,5 bal olub.

Növbəti zələzələ isə İsmayıllı rayonunda cəmi 8 dəqiqə sonra qeydə alınıb. Yerli vaxtla 11:35-də baş verən yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 10 km olub.Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində hiss olunub. pizza sifarişi

Qurban Yetirmişlinin sözlərinə görə, Xəzər dənizində bu kimi zəif təkanlar vaxtaşırı qeydə alınır. Ümumilikdə ölkə ərazisində dağıdıcı və yüksək ballı təkanlar gözlənilmir.

Daha ətraflı videomaterialı təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!