TƏCİLİ! Bu təyyarə Bakıda məcburi eniş etdi

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! Bu təyyarə Bakıda məcburi eniş etdi

Hadisə

19 Oktyabr 2026 20:47 387


Oktyabrın 19-da İsveçrənin SWISS aviaşirkətinin Sürix-Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub. Pepperoni pizza

Qeyd olunub ki, "Airbus A350-900" tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib.

"Hava limanında sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. Reysin davam etdirilməsi hava gəmisinin kapitanının qərarına əsasən həyata keçiriləcək", - məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!