Xəzərdəki vəziyyətlə bağlı   MÜHÜM MÜZAKİRƏ

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdəki vəziyyətlə bağlı MÜHÜM MÜZAKİRƏ

Siyasət

19 Oktyabr 2026 22:49 83


Azərbaycanla BMT arasında Xəzər dənizində suyun səviyyəsinin azalması müzakirə edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitri Şlapaçenko ilə görüşdə regionun üzləşdiyi ən kəskin ətraf mühit problemlərindən biri olan Xəzər dənizində suyun səviyyəsinin azalmasına daha çox beynəlxalq diqqətin ayrılması zərurəti müzakirə olunub: pizza mizza

"Həmçinin, transsərhəd su idarəetməsi, quraqlığa hazırlıq, erkən xəbərdarlıq sistemləri və məlumat mübadiləsi sahəsində regional əməkdaşlığın dərinləşdirilməsi barədə danışdıq".

Görüşdə COP31 və ondan sonrakı dövr üçün prioritetlər üzrə əməkdaşlığın daha da gücləndirməsi imkanları nəzərdən keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!