"Bu serialda çəkiləndə hələ çox gənc idim. Hər şeyə yeni başladığım bir vaxtda hər linç, hər kobud söz qəlbimi elə dərindən yaralayırdı ki. Həssas idim, incəydim, özümü qorumağı bacarmırdım".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri Ülviyyə Xəlilbəyli sosial media hesabında köhnə görüntülərini paylaşaraq yazıb.
Aktrisa görünüşünə görə onu qınayanları tənqid edərək yazıb: pizza mizza
"Üzdəki sadəcə bir toppuşluğa görə o qədər linç edilirdim ki. O zaman sosial şəbəkələr “üzündə gel var”, deyib yazılan şərhlərlə dolub-daşırdı. Sonra anladım. Yenə linçləndim. Əməliyyat oldum - bu dəfə də keçmişdəki halımı tərifləyib, məni yenə linç etdiniz. Hətta bəzən köhnə şəkillərimi paylaşıram, onu belə yeni kimi qəbul edib “nə gündəsən” deyə yazırsınız. Halbuki o şəkillər illər əvvəl çəkilib. Sanki əzbərləmisiniz sözləri, hər birini kopyalayırsınız və ən çox da bu məni düşündürür: Mənim görünüşümə görə siz niyə məndən daha çox narahatsınız? Hər halımla sevənlərimin yeri qəlbimdə xüsusi yerdədir. Orda-burda arxamca danışan sənət yoldaşlarımdan hələ danışmıram. Bu qədər önəmsədiyiniz üçün minnətdaram".
Aydan Hacı
Telegram kanalımız