Sosial şəbəkələrdə bir qadının zorakılığa məruz qalması və həyatının təhlükə altında olması barədə görüntüləri yayılıb.
“Yeni Sabah” xəbər verir ki, paylaşılan videoda qadının bədənindəki xəsarətlər əks olunub.
O, Abbas Həsənli adlı şəxs tərəfindən döyüldüyünü və təhdid edildiyini iddia edib. Online alış-veriş
Digər bir kadrlarda isə sözügedən şəxsin qadının evinə hücum edərək pəncərəyə daş atdığı görünür.
Əldə etdiyimiz məlumata görə, hadisə polis tərəfindən araşdırılır./Qafqazinfo
Telegram kanalımız