Aparıcı Elgiz Əkbərin "YouTube" kanalında yayımlanan "Şadlıq olsun" layihəsi ilə bağlı ARB telekanalı açıqlama yayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə kanalın mətbuat katibi Mail Əsgərov sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, Elgiz Əkbərin özünə məxsus "YouTube" kanalında yayımlanan "Şadlıq olsun" layihəsinin ARB televiziyası ilə heç bir əlaqəsi yoxdur: Elektronika məhsulları
"Layihənin çəkilişləri zamanı ARB televiziyasına məxsus texniki avadanlıqdan, pavilyondan və əməkdaşların xidmətindən istifadə olunmur. Qeyd edək ki, Elgiz Əkbər hazırda ARB televiziyasının əməkdaşı olsa da, hələ ki televiziyanın heç bir layihəsində iştirak etmir və hər hansı layihə üzrə öhdəlik daşımır", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu ilin əvvəlində bir neçə aparıcı ilə yanaşı, Elgiz Əkbərin də "Elgizlə izlə" verilişi bağlanmışdı./Oxu.az
Telegram kanalımız