ABŞ ilk hipersəs raket batareyasını silahlanmaya qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ ilk hipersəs raket batareyasını silahlanmaya qəbul etdi

Dünya

25 Noyabr 2026 21:05 47


ABŞ Quru Qoşunları ilk LRHW (“Dark Eagle”) hipersəs raket batareyasını silahlanmaya qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ Quru Qoşunlarının silah tədarükü proqramının rəhbəri, general Frenk Lozano bildirib.

“Batareya qoşunlara təhvil verilib və istifadəyə hazırdır. O, dünyanın istənilən nöqtəsində yerləşdirilə və tətbiq oluna bilər”, – deyə general qeyd edib. Məişət texnikası

Lozano hipersəs raket batareyasının harada və nə vaxt yerləşdirildiyini açıqlamayıb.

Qeyd edək ki, LRHW orta mənzilli daşıyıcı raketdən və hipersəs sürətli süzən döyüş blokundan ibarət yerüstü raket kompleksidir./APA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!