Türkiyəli müğənni Aleyna Tilki yeni mahnı tələb edən pərəstişkarlarına sərt cavab verib.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin fan klubunda “Bəs mahnı hanı?” sualına verdiyi cavab sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Tilki bildirib ki, karyerasının əvvəlindən etibarən hər il ən azı bir böyük hit təqdim edib. Lakin bu il yeni mahnı yayımlamaya biləcəyini deyib. Sezar pizza
“Bəlkə də bu il yeni mahnı yazmaq istəmirəm. İçimdən gəlmir. Necə pərəstişkarsınız, anlamıram. Xaricdə albom hazırlayıram və dünya musiqisinə istiqamət verən prodüserlərə türk mədəniyyətinin və musiqisinin dəyərlərini öyrədirəm. Mən yoruldum yazıram, siz isə mahnı haradadır? deyirsiniz. Mən sizə sevməyi beləmi öyrətmişəm?” – deyə müğənni bildirib.
Onun bu sözləri də sosial mediada tənqid olunub. Tilki isə ona yönələn iradlara daha sərt cavab verib.
“Mən eqolu obraz yaratdığım zaman bu, mənim üçün daha yaxşı idi. Heç olmasa real xarakterimi və səmimi tərəfimi şəxsi həyatımda qoruyurdum. Sizə həddindən artıq səmimi danışdım. Sarkastik xarakterimə qayıdacağam. Artıq yalnız çox ağıllılar mənim zarafatlarımı anlayacaq”, – deyə o yazıb.
Müğənni daha sonra pərəstişkarlarına “Eqomdan qudurun, əgər bunu siz eqo hesab edirsinizsə” sözləri ilə müraciət edib.
Sənətçi son paylaşımında isə onu tənqid edən pərəstişkarlarını ikiüzlülükdə ittiham edib və onlara daha sərt mesaj göndərib:
“Mən səmimi olduğumda, istəklərinizə cavab verdiyimdə məni göylərə qaldırırsınız. Ən kiçik tənqidimdə isə içinizdəki bütün nifrəti mənə yönəldirsiniz. İkiüzlülüyünüzlə üzləşin və xahiş edirəm, mənim kütləmin bir hissəsi olmayın. Əslində, sizi istəməyən mənəm”.
Telegram kanalımız