Bred Pittin daha bir övladı atasının soyadından imtina edib.
“Yeni Sabah” People-a istinadla xəbər verir ki, Ancelina Coli ilə Bred Pittin altı övladından dördü ata soyadından rəsmən çıxarılıb.
Onlardan sonuncusu 18 yaşlı Vivyendir. Bundan sonra onun rəsmi adı Vivyen Marşelin Coli olacaq. Əvvəllər Vivyen Marşelin Coli-Pitt adını daşıyan gəncin müraciəti məhkəmə qərarı ilə təsdiqlənib. Dördpendirli pizza

Maraqlıdır ki, Vivyen anasının soyadından hələ 2 il əvvəl istifadə etməyə başlayıb. O, 2024-cü ildə anası ilə birlikdə çalışdığı “The Outsiders” Brodvey tamaşasının proqramında Vivyen Coli adı ilə təqdim olunub. Həmin tamaşa Toni mükafatına da layiq görülüb.
Beləliklə, 6 övladdan dördü artıq hüquqi olaraq Coli soyadını daşıyır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız