Almaniyada radikal sağçılar 80 il sonra qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada radikal sağçılar 80 il sonra qalib gəldi

Sosial

07 Sentyabr 2026 18:26 93


İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə tarixi nəticə əldə edib.

“Yeni Sabah” xəbər verir ki, AfD səslərin 44 faizini toplayaraq, qələbəsini elan edib. Bu nəticə ifrat sağçılara İkinci Dünya müharibəsindən 80 il sonra ilk dəfə Almaniyada əyalətlərdən birini idarə etmək imkanı yaradır.

AfD son dövrlərdə ölkə üzrə keçirilən rəy sorğularında da ön sıralarda yer alır. Partiyanın miqrasiya, Avropa İttifaqı və Rusiya ilə münasibətlərə dair sərt mövqeləri Almaniya siyasətində ciddi narahatlıq yaradıb. Dördpendirli pizza

AfD hakimiyyətə gələcəyi təqdirdə Almaniyada miqrasiya siyasətini sərtləşdirməyi, sığınacaq müraciətlərini məhdudlaşdırmağı və deportasiyaları artırmağı vəd edir.

Partiya hazırkı strukturu tənqid edir və uzunmüddətli perspektivdə ölkənin Avropa Birliyindən çıxmasını gündəmə gətirir.

Bundan əlavə, ekoloji siyasəti ləğv etməyi, nüvə enerjisinə yenidən qayıtmağı və daha mühafizəkar sosial siyasət yürütməyi planlaşdırır. AfD-nin bu vədləri xüsusilə miqrantlar, LGBT+ icması və Avrointeqrasiya tərəfdarları arasında ciddi narahatlıq doğurur.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!