Rusiya Prezidenti Vladimir Putin Moskvada təşkil olunan Rusiya-Afrika sammitindən sonra keçirilən mətbuat konfransında Avropa ölkələrinin hərbi hazırlıqları və Finlandiya Prezidenti Aleksandr Stubb ilə Norveç Baş naziri Yonas Qar Störe arasında baş tutan telefon danışığına dair diqqətçəkən bəyanatlar verib.
“Yeni Sabah” xəbər verir ki, Rusiya lideri bildirib ki, sözügedən təmas qarşı tərəfin təşəbbüsü ilə reallaşıb və hər iki lider lap əvvəldən bütövlükdə Avropa İttifaqını deyil, öz ölkələrini təmsil etdiklərini vurğulayıblar. Moskva Avropa ölkələri ilə istər Aİ çərçivəsində, istərsə də ikitərəfli formatda tamhüquqlu münasibətlərin bərpasına yönəlmiş addımları dəstəkləyir.
Avropada 2030-cu ilə qədər müharibəyə hazırlaşmaq barədə səslənən fikirlərə toxunan Putin Rusiyanın istənilən ssenariyə hazır olduğunu bəyan edib: pizza
"Bir çoxları 2030-cu ildə müharibəyə hazırlaşmağın vacibliyindən danışır. Əvvəla, biz hazırıq, amma Avropa ilə heç bir müharibə istəmirik. Avropa Rusiyaya strateji məğlubiyyət vurmaq məqsədinə çata bilməyib və 2030-cu ilə qədər buna nail olması ehtimalı azdır. Əgər işlər həddindən artıq uzağa gedərsə, bu müharibədə heç bir qalib olmayacaq. Bunu heç kim unutmasın."
Söhbət zamanı Finlandiya Prezidenti Aleksandr Stubbun Baltik dənizində təhlükəsizlik və beynəlxalq dəniz hüququna riayət olunması məsələsini qaldırdığını qeyd edən Putin, Rusiyanın da bu yanaşmanı müdafiə etdiyini bildirib. O, Moskvanın Baltik dənizində Hörmüz boğazında yaşananlara bənzər bir gərginlik ocağının yaranmasında maraqlı olmadığını, lakin ölkəsinə qarşı yönələcək hər cür çağırışa adekvat cavab veriləcəyini vurğulayıb.
Nazim Hacıyev
Telegram kanalımız