Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”

saytların hazırlanması

Evə çatdırılma

Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”

Siyasət

30 Oktyabr 2026 13:19 321


"Mən 1970-ci illərdən Bakıda yaşayıram. Qaçqın və məcburi köçkün statusu daşıyıram. Atamın mülkündə ev tikilib, bəs niyə mənə və ailəmə ev düşmür? Bu məsələ ilə bağlı Ağdamdan çoxsaylı insanlar mənə müraciət edirlər. Onlar da soruşurlar ki, niyə bizə ev verilməməlidir?"

“Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aqil Abbas bildirib.

O xahiş edib ki, bu məsələnin həllinə kömək istəyib: pizza mizza

“Qaçqın və məcburi köçkün statusu ilə bağlı məsələyə yenidən baxılmasına ehtiyac var. Mən Ağdamda, ata-baba yurdumda dünyaya gəlmişəm, lakin ailəmə orada ev verilməyib. Deməli, Ağdamda öz cibimdən pul xərcləyərək ev almalıyam? Niyə? Mənimlə yanaşı, qardaşımın və 5 bacımın da heç birinə ev verilməyib. Bacılarımdan ikisi artıq dünyasını dəyişib. Onlara da ev düşməyib. Səbəb kimi qeydiyyat məsələsi göstərilir.

Ailə üzvlərim yaşayış şəraitlərinə və işlə bağlı vəziyyətlərinə uyğun olaraq başqa şəhər və rayonlara köçüblər. Qardaşım Ağcabədidə qeydiyyata düşüb, sonradan isə onun qeydiyyatı ləğv olunub. Mənim də Ağdam qeydiyyatım ləğv edilib.

Bu problemlə üzləşən təkcə mən deyiləm. Mənə müraciət edən çoxsaylı insanlar var. Ağdamda olarkən də bu məsələ qaldırıldı. İnsanlar soruşurdular ki, nə edəcəyik? Dedim ki, bu barədə dəqiq cavabım yoxdur, amma onların fikirlərini aidiyyəti üzrə çatdırmağa çalışacağam. Ona görə də xahiş edirəm, bu məsələyə baxılsın".

Deputatın çıxışına Milli Məclis sədri Sahibə Qafarova sərt rəy bildirib.

O, Aqil Abbasın çıxışını Ağdamda görülən quruculuq işlərinə ləkə kimi səciyyələndirib:

"Deyirsiniz ki, ağdamlılara söz vermisiniz. O zaman xahiş edirəm, bir siyahı tərtib edin: kimlərə ev verilib? Niyə görülən bu qədər işə kölgə salırsınız? Bu qədər iş görülür. Ağdamlılar köçürülməyəndə, bəs kim köçürülür?Başqa ölkələrdən insanları gətirib orada məskunlaşdırırlar? Niyə bu məsələni tribunadan bu şəkildə təqdim edirsiniz?

Bir müddət əvvəl də həmin məsələni qaldırdınız, dediniz ki, ağdamlılara yer vermirlər. Mən hələ onda sizə demişdim: bəs kimə yer verirlər? Ağdamda yaşayanları başqa yerlərdən gətirib məskunlaşdırırlar?

Orada böyük işlər görülür. Niyə bu işlərə kölgə salırsınız? Yeni tikilən Ağdamda kim yaşayır?"

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!