Hidayət Heydərov “Böyük Dəbilqə” turnirində bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Hidayət Heydərov “Böyük Dəbilqə” turnirində bürünc medal qazandı

İdman

30 Oktyabr 2026 19:50 83


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya), Əbdül Malik Umayevi (Belçika) və Akil Qyakovanı (Kosovo) məğlub edərək yarımfinala yüksəlib.

Bu mərhələdə Tacikistan təmsilçisi Məsudi Əhmədzoda uduzan Heydərov üçüncü yer uğrunda görüşdə gürcüstanlı İrakli Qoqinaşvilidən üstün olub. pizza

Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı mükafatların sayı 4-ə çatıb. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal əldə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!