Azərbaycanda ötən il minlərlə insan adını və soyadını dəyişmək qərarına gəlib. Bəziləri adının səslənişindən narazı qalıb, digərləri isə şəxsi seçimlərinə uyğun yeni ad və soyad götürüb.
Ədliyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il 2723 nəfər adını, soyadını və ya ata adını dəyişib:
“Ötən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2723 şəxsin barəsində adın, soyadın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib olunub. Onlardan 917 nəfər yalnız adını, 1383 nəfər soyadını, 5 nəfər isə ata adını dəyişdirib”. Dominos pizza
Nazirlikdən bildirilib ki, vətəndaşlar ad və soyadlarını əsasən səslənişini bəyənmədikləri, şəxsi istəkləri və ailə səbəblərinə görə dəyişirlər:
“Vətəndaşlar adlarını, soyadlarını və ata adlarını daha çox pis səslənməsi, yaxud şəxsi istəkləri, eləcə də ər-arvadın ümumi soyad daşımaq arzusu, habelə ərizə verəni tərbiyələndirən şəxsin soyadını qəbul etmək və ya övladlığa götürmənin rəsmiləşdirilməsi mümkün olmadıqda atalığın adı ilə ata adı daşımaq arzusu və digər səbəblərdən dəyişdirirlər.
Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün 15 manat dövlət rüsumu ödənilir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız