“Ramiz Mehdiyevin psixi durumu normal deyil” - Sabiq nazir

saytların hazırlanması

Evə çatdırılma

“Ramiz Mehdiyevin psixi durumu normal deyil” - Sabiq nazir

Siyasət

30 Oktyabr 2026 18:22 333


"Ramiz Mehdiyevin bu xəyanəti bağışlanmazdır. Ağlı üstündə, düşüncəsi normal olan insan belə bir xəyanəti edə bilməz. Düşünürəm ki, Ramiz Mehdiyevin huşu üstündə deyil".

"Yeni Sabah" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Əli Abbasov deyib.

O bildirib ki, Ramiz Mehdiyevin cinayəti bağışlanmazdır: Toyuqlu pizza

"Bu bağışlana bilməz. Dövlətə xəyanətdən ağır cinayət yoxdur. Mən Ramiz Mehdiyevin hərəkətlərinə söz tapa bilmirəm. Azərbaycanın suverenliyinin tam bərpa olunduğu bir vaxtda, Ali Baş Komandanın əziyyəti, şəhidlərimizin qanı bahasına suverenliyimizin bərpa olunduğu vaxtda Ramiz Mehdiyevin belə cinayət törətməsinə heç bir halda söz deyə bilmirəm. Ola bilər ki, onun psixi durumu normal deyil. Ağlı üstündə olan adam belə bir hərəkət edə bilməz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!