Onlardan biri yeni Ombudsman olacaq: Namizədlər...

saytların hazırlanması

Evə çatdırılma

Onlardan biri yeni Ombudsman olacaq: Namizədlər...

Siyasət

30 Oktyabr 2026 09:10 672


Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə namizədlərin kimliyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, ölkə.az-ın əldə etdiyi xəbərə görə, namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.

Yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisinin İnsan hüquqları komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq. pizza hut

Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkili seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!