Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik

saytların hazırlanması

Evə çatdırılma

Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik

Siyasət

30 Oktyabr 2026 11:13 172


Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri, deputat Arzu Nağıyev çıxış edərək layihənin mahiyyəti barədə məlumat verib.

"Yeni Sabah" xəbər verir ki, A.Nağıyev bildirib ki, qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsini təkmilləşdirmək, eyni zamanda zabitlərin əlavə ali təhsil almasını və elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə hazırlanıb. Yeni qaydalara əsasən, hərbi rütbədə olma müddətinin hesablanmasında zabitlərin magistratura, rezidentura və doktorantura təhsili, eləcə də elmi fəaliyyəti nəzərə alınacaq.

Komitə sədri vurğulayıb ki, layihə ilə rütbədəolma müddətinin hesablanması qaydaları yenilənir və xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində olma müddətinə dair yeni normativ tənzimləmə müəyyən edilir. O, sənədin müvafiq dövlət qurumlarının rəhbərləri ilə tam razılaşdırıldığını və müzakirələr zamanı parlamentarilərin irəli sürdüyü rəylərin nəzərə alındığını diqqətə çatdırıb. Sezar pizza

Qanun layihəsi parlamentdəki səsvermə nəticəsində ikinci oxunuşda əsas kimi qəbul olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!