Avtomobildə bu etsəniz 50 manat cərimə olunacaqsınız

saytların hazırlanması

Evə çatdırılma

Avtomobildə bu etsəniz 50 manat cərimə olunacaqsınız

Sosial

30 Oktyabr 2026 17:19 802


Avtomobillərdə qanunsuz reklamın yayılmasına görə cərimələr 2 min manatdan 50 manatadək endiriləcək.

“Yeni Sabah” Trend-ə istinadla bildirir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. pizza hut

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə 50 manat məbləğində cərimə ediləcək.

Qanun layihəsində həmçinin, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasının da foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi təklif edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!