Ramiz Mehdiyevlə bağlı   SON DƏQİQƏ MƏLUMATI

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ MƏLUMATI

Siyasət

30 Oktyabr 2026 17:34 577


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması ilə bağlı qərarı Ümumi Yığıncaqda təsdiqlənib.

"Yeni Sabah" xəbər verir ki, bir neçə gün əvvəl AMEA Rəyasət Heyəti Ramiz Mehdiyevin Akademiyanın üzvlüyündən çıxarılması barədə qəbul olunub.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində ötən il Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə cinayət işi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib./Report pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!