Almaniyanın şərq hissəsində terror hücumu planlaşdırmaqda təqsirləndirilən İraq vətəndaşı saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Almaniya Federativ Respublikasının Baş Prokurorluğu yayıb.
Saxlanılma əməliyyatı sentyabrın 17-də Brandenburq əyalətinin Barnim bölgəsində Federal Polis və Federal Cinayət İdarəsinin işçiləri tərəfindən icra olunub. Sözügedən şəxs terror təşkilatı qurmağa cəhddə, dövlət təhlükəsizliyinə təhlükə törədəcək cinayət hazırlığında və silah haqqında qanunvericiliyi pozmaqda ittiham olunur. Pepperoni pizza
İstintaq materiallarına əsasən, həbs edilən şəxs "İslam Dövləti" terror qruplaşmasının ideologiyası tərəfdarıdır. O, 2025-ci ilin yaz aylarında əlbir olduğu şəxslərlə bərabər Almaniya ərazisində terror aktları təşkil etməyi planlaşdırıb. Bu məqsədlə odlu silah əldə edən şübhəli Bremendə hücum etməyi hədəflədiyi kilsələrdən birini izləyib./Oxu.az
Telegram kanalımız