“Əmək” ordeni alan jurnalistlər bu üstünlükləri QAZANDILAR

saytların hazırlanması

Evə çatdırılma

“Əmək” ordeni alan jurnalistlər bu üstünlükləri QAZANDILAR

Sosial

07 Noyabr 2026 18:32 48


Noyabrın 5-də bir qrup jurnalist Azərbaycan Respublikasının “Əmək” ordeninin müxtəlif dərəcələri ilə təltif olunub. Üç nəfər 2-ci dərəcəli “Əmək” ordeni ilə, 10 nəfər isə 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb. Bununla bağlı sərəncam diqqəti bu dövlət mükafatının hüquqi və sosial əhəmiyyətinə yönəldib. Bəs "Əmək" ordeni alan şəxslər hansı imtiyazlar qazanırlar? Ordenin 1-ci, 2-ci və 3-cü dərəcələri arasında sosial təminat baxımından fərq varmı?

Modern.az saytı mövzunu araşdırıb.

Məlum olub ki, “Əmək” ordeni nüfuzlu dövlət təltifi olsa da, onun sahibi olmaq öz-özlüyündə əlavə aylıq sosial ödəniş almaq hüququ yaratmır. Lakin bu orden dövlət təltifi olduğu üçün onu alan şəxslərə dolayısı ilə müəyyən sosial və mənəvi üstünlüklər qazandırır. Dördpendirli pizza

“Əmək” ordeninin üç dərəcəsi var

“Əmək” ordeni 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. Bu orden Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

Təltif üçün əsaslar sırasında uzunmüddətli məhsuldar əmək, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətləri, istehsalın və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, qabaqcıl təcrübənin tətbiqi kimi meyarlar yer alır.

"Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.

Orden üç dərəcədən ibarətdir:

1-ci dərəcəli “Əmək” ordeni – qızıldan hazırlanır və ən yüksək dərəcə hesab olunur;

2-c dərəcəli “Əmək” ordeni – gümüşdən hazırlanır;

3-cü dərəcəli “Əmək” ordeni – bürüncdən hazırlanır.

Statusa görə, ordenin dərəcələri ardıcıllıqla verilir. Yəni 1-ci dərəcə ən yüksək, 3-cü dərəcə isə başlanğıc dərəcədir.

Lakin qanunvericilikdə bu üç dərəcə üzrə fərqli pensiya əlavəsi, aylıq təqaüd və ya digər sosial ödəniş müəyyən edilməyib.

Orden sahibinə avtomatik aylıq təqaüd verilirmi?

Əsas suallardan biri budur. Dövlət təltiflərinin bəziləri konkret sosial təminat hüquqları ilə müşayiət olunur. Ancaq “Əmək” ordeni ilə bağlı belə avtomatik ödəniş nəzərdə tutulmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı sosial ödənişlər siyahısında “Əmək” ordeninə görə ayrıca aylıq Prezident təqaüdü göstərilmir.

Burada bir məqamı xüsusi qeyd etmək lazımdır: “Əmək” ordeni alan şəxsə ordenə görə avtomatik aylıq pul ödənilməsə də, onun başqa əsaslarla sosial təminat hüququ əldə etməsi mümkündür.

“Əmək veteranı” statusu almaq mümkündür

“Əmək” ordenli şəxsin üstünlüklərindən biri “Əmək veteranı” adını ala bilməsidir. Ordenlə təltif olunmuş şəxslər yaşa görə pensiya hüququ qazandıqda (əmək stajından asılı olmayaraq) “Əmək veteranı” adı və vəsiqəsini almaq hüququ əldə edirlər.

“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət qarşısında xüsusi xidmətləri olan, fəxri adlara layiq görülmüş və ya ordenlərlə təltif edilmiş, uzun illər ictimai əməklə məşğul olmuş və qanunvericiliyə uyğun olaraq yaşa görə pensiya almaq hüququ qazanmış şəxslər əmək veteranları sayılırlar.

Lakin bu status orden alan hər kəsə avtomatik verilmir. Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə “Əmək veteran” adının verilməsi üçün konkret kateqoriyalar və şərtlər müəyyənləşdirilib.

Həmin sənəddə bir sıra orden və medallarla təltif edilənlər, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş və əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunmuş şəxslər, eləcə də uzunmüddətli əmək stajına malik vətəndaşlar göstərilir.

Uzunmüddətli əmək stajı əsası ilə “Əmək veteran” statusu almaq istəyən kişilər üçün 40 ildən artıq, qadınlar üçün isə 30 ildən artıq əmək stajı tələb olunur.

Diqqətçəkən məqam odur ki, Əsasnamədə Sovet dövrünün bir sıra ordenlərinin adları ayrıca sadalansa da, müasir “Əmək” ordeni həmin siyahıda ayrıca qeyd edilmir. Bununla yanaşı, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş və əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunmuş şəxslər üçün ayrıca müddəa mövcuddur.

Ona görə də “Əmək” ordeni ilə təltif olunmuş şəxslər yaşa görə pensiya hüququ qazandıqda “əmək veteran” adı ala bilərlər. Şəxsin müraciəti qüvvədə olan Əsasnamənin meyarları əsasında səlahiyyətli qurum tərəfindən qiymətləndirilməlidir.

“Əmək veteran” adı və vəsiqəsi almaq istəyən “Əmək” ordenli şəxs müvafiq təsdiqedici sənədlərlə öz iş yerinə, işləmədiyi halda isə sonuncu iş yerinə müraciət edə bilər.

Ordenin digər üstünlükləri

“Əmək” ordenli şəxs təqaüd yaşına çatdırda onun pensiyasının hesablanmasında bu təltif nəzərə alına bilər.

“Əmək” ordeninə layiq görülmüş şəxsin qazandığı üstünlükdən biri də onun Prezidentin fərdi təqaüdünə namizədlik əldə etməsidir. Bu orden yüksək dövlət təltifi hesab olunduğundan, gələcəkdə ölkə qarşısında müstəsna xidmətlərə görə verilən Prezidentin fərdi təqaüdünə (1700 AZN) layiq görülmək üçün güclü hüquqi və mənəvi zəmin yaradır.

“Əmək” ordeninin daha bir üstünlüyü mənəvi və peşəkar nüfuzdur. İş yerlərində mükafatlandırma, vəzifə artımı və ya digər sosial imtiyazların verilməsi zamanı bu təltifə sahib şəxslərə üstünlük verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!