Aparıcı Lalə Azərtaş son günlər gündəmdə olan məsələlərlə bağlı açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşdığı videoda danışıb.
L.Azərtaş bildirib ki, son günlər ona çoxsaylı suallar ünvanlanır və fikrini bildirməsi istənilir. Aparıcı Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə qarşı olduğunu vurğulayıb. Marqarita pizza
“Öz dünyəvilik anlayışını əqidəsinə belə sığışdıra bilməyənlərin kənardan Azərbaycanın daxili işlərinə burun soxması nə qədər böyük təzaddır, deyilmi? Bunun din pərdəsi altında edilməsi isə ümumiyyətlə yolverilməzdir. Biz buna yol verə bilmərik!”, – deyə o bildirib.
Aparıcı insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb. O, dövlətə inamın, sədaqətin, milli maraqlara və xalqın iradəsinə sahib çıxmağın vacibliyini qeyd edib.
“Gəlin, bir olaq! Gəlin, təxribatlara uymayaq! Gəlin, aramıza yad ünsürlərin daxil olub birliyimizi pozmaq cəhdlərinin qarşısını alaq! Bura onlar üçün digər ölkələr deyil. Bizimlə olmaz!”, – deyə L.Azərtaş fikirlərini yekunlaşdırıb.
Telegram kanalımız