Papanın səhhəti ilə bağlı xəbər yayıldı -   4 gün sonra...

saytların hazırlanması

Evə çatdırılma

Papanın səhhəti ilə bağlı xəbər yayıldı - 4 gün sonra...

Dünya

17 Oktyabr 2026 18:13 73


Katolik dünyasının lideri Papa XIV Leo ağciyərindəki xərçəng şişinin çıxarılması əməliyyatından dörd gün sonra xəstəxanadan buraxılıb.

“Yeni Sabah” “Reuters”ə istinadən xəbər verir ki, 71 yaşlı Papa Romadakı Gemelli Xəstəxanasında sağ ağciyərinin aşağı payının çıxarılması əməliyyatını keçirib.

Müayinələrin nəticələrindən sonra həkimlər onun xəstəxanadan çıxmasına icazə veriblər. pizza hut

Papanın rəsmi qəbulları oktyabrın 20-dək ləğv edilib. Onun noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Peruya səfəri planlaşdırılır. Lakin səfərin baş tutub-tutmayacağı həkimlərin tövsiyələrindən asılı olacaq.

Vatikan Dövlət Katibi kardinal Petro Parolin Papanın səhhətinə uyğun olaraq iş qrafikini dəyişə biləcəyini bildirib. Şişin ölçüsü və xəstəliyin limfa düyünlərinə yayılıb-yayılmadığı barədə ətraflı tibbi nəticələr isə hələ açıqlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!