Xaricdən sifariş verənlərin nəzərinə:   Bunu etsəniz, əlavə ödənişlə üzləşə bilərsiniz!

saytların hazırlanması

Evə çatdırılma

Xaricdən sifariş verənlərin nəzərinə: Bunu etsəniz, əlavə ödənişlə üzləşə bilərsiniz!

İqtisadiyyat

17 Oktyabr 2026 15:34 215


Təqvim ili ərzində Azərbaycana gətirilən iki və daha çox mobil telefona münasibətdə gömrük ödənişlərinin hesablanması qaydası açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, fiziki şəxslər hər təqvim ili ərzində bir dəfə olmaqla, bir ədəd mobil telefonu ölkə ərazisinə güzəştli qaydada gətirə bilərlər. Toyuqlu pizza

Mobil telefonun gömrük dəyəri fiziki şəxslərin səfərləri zamanı 800 ABŞ dollarından, poçt göndərişləri vasitəsilə sifariş edildikdə isə 300 ABŞ dollarından artıq olduqda, gömrük ödənişləri müəyyən edilmiş hədlər çıxılmaqla hesablanır.

Ölkə ərazisinə gətirilən iki və daha çox mobil telefona münasibətdə isə müəyyən edilmiş aylıq dəyər hədləri nəzərə alınmadan gömrük ödənişləri tutulur.
 

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!