Azərbaycanda qızılla bağlı nə baş verir?- Rəqəmlər üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qızılla bağlı nə baş verir?- Rəqəmlər üzə çıxdı

İqtisadiyyat

17 Oktyabr 2026 18:22 89


Azərbaycanda mis konsentratının istehsalı 5,2 dəfə artsa da, qızıl və gümüş istehsalında azalma qeydə alınıb.

Yeni Sabah xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 2 281 kiloqram qızıl və 2 813,8 kiloqram gümüş istehsal edilib. Marqarita pizza

Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 2,9 faiz, gümüş istehsalı isə 5,7 faiz azalıb.

Hesabat dövründə Azərbaycanda mis konsentratının istehsalı 14 494,8 ton təşkil edib. Bu, 2025-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 5,2 dəfə çoxdur.

Oktyabrın 1-nə olan məlumata əsasən, ölkədə 251,5 kiloqram qızıl və 706,1 kiloqram gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 1 536,2 ton təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!