Xəstəni döyən tibb işçisi barədə qərar verildi – Bərdə xəstəxanasında   NƏLƏR OLUB?

saytların hazırlanması

Evə çatdırılma

Xəstəni döyən tibb işçisi barədə qərar verildi – Bərdə xəstəxanasında NƏLƏR OLUB?

Hadisə

17 Oktyabr 2026 21:54 175


Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir.

"Yeni Sabah" Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir.

Gülnar Fərzəliyeva iddia edir ki, ona qarşı xəstəxanada qərəzli mövqe olub. Bu işin başında isə xəstəxananın təsərrüfat müdiri dayanıb. Dominos pizza

Səsləndirilən iddialarla bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, sanitar qadının pasiyentə qarşı qeyri-etik davranışı ilə bağlı məsələ araşdırılıb.

Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib. Faktla bağlı müəssisənin Tibbi Şurasında məsələ müzakirə olunub. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, habelə əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 11.07.2026-cı il tarixindən xitam verilib.

Hazirda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!