“Apple”dan ev üçün yeni cihazlar - 13 oktyabrda nələr təqdim olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Apple”dan ev üçün yeni cihazlar - 13 oktyabrda nələr təqdim olunacaq?

Rəqəmsal

03 Oktyabr 2026 00:04 90


"Apple" yeni ağıllı ev cihazlarını təqdim etməyə hazırlaşır. Şirkətin yaxın günlərdə süni intellekt imkanları ilə təchiz edilmiş üç yeni məhsulunu nümayiş etdirəcəyi bildirilir.

“Yeni Sabah” xəbər verir ki, texnologiya nəhəngi  oktyabrın 13-də yeni ağıllı ev məhsullarını təqdim etməyə hazırlaşır. Məlumata görə, təqdimat zamanı yeni HomePod mini və yenilənmiş Apple TV modelləri, eləcə də uzun müddətdir gözlənilən ağıllı ev mərkəzi nümayiş etdiriləcək.

Yeni "HomePod" mini və Apple TV modellərinin hazırkı dizaynını qoruyacağı bildirilir. Bununla yanaşı, cihazların "Siri"nin daha inkişaf etmiş süni intellekt imkanlarını işlədə bilməsi üçün daha güclü prosessorlarla təchiz ediləcəyi gözlənilir. Məlumata görə, ilk olaraq 2024-cü ildə satışa çıxarılması planlaşdırılan bu modellərin gecikməsinin əsas səbəbi süni intellekt imkanlarının cihazlara əlavə edilməsi olub. Yeni modellərin çəhrayı və yaşıl da daxil olmaqla fərqli rənglərdə təqdim ediləcəyi bildirilir. Pepperoni pizza

"Apple" böyük ölçülü "HomePod" modelini isə daha sonrakı tarixdə yeniləməyi planlaşdırır. Şirkətin eyni zamanda görüntü və səs yazmayan, yalnız yerləşdiyi otağı müəyyən edən təhlükəsizlik kamerası üzərində işlədiyi bildirilir. Bu cihazın əsas xüsusiyyətinin şəxsi məlumatların qorunmasına yönəldiləcəyi qeyd olunur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!