Apreldə temperatur normadan yüksək olub 

saytların hazırlanması

Evə çatdırılma

Apreldə temperatur normadan yüksək olub 

Sosial

06 May 2023 09:59 680


Respublikanın əksər bölgələrində aprel ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması ilə müqayisədə əsasən 3-4º yüksək olması ilə səciyyələnib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 17,3º, Naxçıvanda 16,7º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 19-20º, Şəki-Zaqatalada 15-18º, Lənkəran-Astarada 17-19º, Gədəbəydə 12º, Quba və Dağlıq Şirvan bölgəsində 15-16º, Gəncədə və Goranboyda 18-20º, Ceyrançöldə və Tovuzda 17º qeydə alınıb.

Havanın minimum temperaturu İsmayıllıda və Gədəbəydə 5º, Qubada, Lənkəranda, Ceyrançöldə və Acınohurda 9º, Cəfərxanda, Şamaxıda, Gəncədə, Tovuzda və Şəki-Zaqatala bölgəsində 10º, Zəngilanda, Maştağada, Bərdədə, Zərdabda 11º təşkil edib.  Marqarita pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!