Aprelin son günü növbəti buraxılış imtahanı keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Aprelin son günü növbəti buraxılış imtahanı keçiriləcək

Sosial

20 Aprel 2023 15:36 632


Aprelin 30-da Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Yenisabah.az xəbər verir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər. Dördpendirli pizza

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonda imtahan verirlər. Sumqayıt, Abşeron, Cəlilabad, Göyçay, Xaçmaz, Quba, Masallıda yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, "hissə" adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda aprelin 30-da hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!