Tiktoker İlduzə Hacıyevanın (“Arzum9999”) Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılması cəmiyyətdə “tanınmış şəxslərə güzəşt edilir” müzakirəsini yenidən alovlandırıb.
Bir çoxları bunun gələcəkdə oxşar işlər üzrə məhkəmə təcrübəsinə təsir edib-etməyəcəyini və “qaymaqlar”a dair zərərli presedent yarada biləcəyini iddia edir. Çünki “Arzum”un sosial şəbəkədə çoxsaylı izləyicisi var, bir çox istifadəçi məhkəmə çəkişməsinin davam etdiyi müddətdə onunla bağlı müsbət imic formaldırıb. İş o dərəcəyə çatıb ki, hətta Xəzər rayon Məhkəməsi həbs qərarı çıxarılandan sonra izahat bəyanatı yaymağa məcbur olub və bu, Azərbaycanda üçüncü hakimiyyət tarixində ilk idi.
Vəkil Babək Həmidov bu iddialarla razılaşmır. Toyuqlu pizza
O, “Yeni Sabah”a bildirib ki, “Arzum”un ev dustaqlığına buraxılması gələcəkdə tanınmış şəxslərə xüsusi güzəşt ediləcəyi anlamına gəlmir:
“Hökmlə təyin olunan azadlıqdan məhrumetmə cəzası ilə ibtidai istintaq və məhkəmə araşdırması dövründə seçilən həbs qətimkan tədbiri bir-birindən tamamilə fərqlidir. Bunlar eyni hüquqi institut deyil və fərqli əsaslarla tətbiq olunur.
Ümumiyyətlə, qanunvericilikdə həm inzibati xəta, həm də cinayət işləri üzrə şəxsi xarakterizə edən halların nəzərə alınması nəzərdə tutulur. Söhbət təkcə şəxsin tanınmış olmasından getmir. Əsas məsələ onun cəmiyyət üçün faydalı fəaliyyəti, müsbət ictimai nüfuzu, nümunəvi davranışları və digər müsbət xarakterizəedici xüsusiyyətləridir.
Məhkəmə hər hansı şəxs barəsində qətimkan tədbiri seçərkən də, sonradan cəza təyin edərkən də bu kimi halları yüngülləşdirici amil kimi qiymətləndirə bilər. Yəni məsələ şəxsin məşhur olması deyil. Əsas odur ki, onun cəmiyyətdə müsbət reputasiyası, ictimai faydalı fəaliyyəti və nümunəvi davranışları olsun. Bunlar məhkəmə tərəfindən nəzərə alına bilən hallardır”.
B.Həmidov qeyd edib ki, ev dustaqlığı təkcə yüngül cinayətlərdə deyil, bəzi ağır və xüsusilə ağır cinayət işlərində belə tətbiq oluna bilər:
“Ev dustaqlığı qətimkan tədbiri yalnız yüngül cinayətlərə görə tətbiq edilmir. Təcrübədə xüsusilə ağır cinayətlər üzrə də ev dustaqlığı seçilmiş hallar var. Hətta sanksiyasında uzunmüddətli azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətlər üzrə belə ibtidai istintaq və məhkəmə araşdırması dövründə şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilə bilər.
Əsas məqam ondan ibarətdir ki, qətimkan tədbirinin seçilməsi ilə cəzanın təyin olunması tamamilə fərqli hüquqi əsaslara söykənir. Cinayət-Prosessual Məcəlləsində bu iki məsələ bir-birindən aydın şəkildə fərqləndirilir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız