Türkiyədə zavodda baş verən partlayışda ölənlərin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə zavodda baş verən partlayışda ölənlərin sayı artdı

Dünya

13 Noyabr 2026 21:43 65


Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda metallurgiya müəssisəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb.

"Yeni Sabah" xəbər verir ki, xilasedicilər partlayışdan sonra itkin düşən fəhlə Barış Güneyin meyitini tapıblar.

Bununla da faciə nəticəsində həyatını itirənlərin sayı 19-a yüksəlib. Partlayışın səbəbləri və başvermə şəraiti araşdırılır. Online shopping Azərbaycan

Dünyaİzmirdəki partlayışda 17 nəfər öldü, altı nəfər saxlanıldı - Video

Hadisə noyabrın 9-da Aliağa rayonunun Çakmaklı məhəlləsində, Atatürk küçəsində yerləşən zavodda baş verib.

Aliağa rayonunda yerləşən HABAŞ zavodu 1987-ci ildən fəaliyyət göstərən HABAŞ qrupuna məxsus poladəritmə müəssisəsidir. Tam istehsal dövrünə malik kompleksin illik polad istehsalı gücü 4.5 milyon tona çatır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!