Şəhidin atası və anası qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Şəhidin atası və anası qəzaya düşdü

Kriminal

13 Noyabr 2026 13:16 488


Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. “KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib. Bakıda online alış-veriş

Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin atası və anasıdır.

Hadisə yerinə polis əməkdaşları və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!