Vəzifəli şəxs buna görə işdən çıxarılıbmış... -   İşdə məhəbbət macərası

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəli şəxs buna görə işdən çıxarılıbmış... - İşdə məhəbbət macərası

Sosial

13 Noyabr 2026 21:19 115


DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev Agentliyin Müşahidə Şurasının sədri, eyni zamanda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə açıq məktubla müraciət edib.

"Yeni Sabah" "Trend"ə istinadən xəbər verir ki, Teymur Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərara etiraz edib. O, töhmət əsasında işdən azad olunması üçün yetərli hüquqi əsasın olmadığını bildirib.

Məlumata görə, Teymur Hacıyevin işdən azad edilməsinə səbəb onun çalışdığı qurumda tabeliyində olan xanım əməkdaşlardan biri ilə sevgi münasibətləri yaşaması olub. Məişət texnikası

Belə ki, evli olan Teymur Hacıyevin DOST Agentliyində çalışan L.İ. adlı xanımla münasibətdə olduğu bildirilir. Onlar ayrıldıqdan sonra da Hacıyev israrla münasibətləri bərpa etməyə çalışıb. Xanım əməkdaşın rəhbərliyə şikayətindən sonra daxili araşdırma aparılıb və hər iki əməkdaşın işdən azad edilməsi barədə qərar qəbul olunub.

Xatırladaq ki, T.Hacıyev açıq məktubunda barəsində aparılan xidməti araşdırmaların nəticələrinə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulan qərara etiraz edib. O, barəsində irəli sürülən ittihamların xidməti araşdırma zamanı təsdiqini tapmadığını, buna baxmayaraq, işdən çıxarılması məsələsinin gündəmə gətirildiyini bildirib.

T.Hacıyev noyabrın 4-də və 5-də öz ərizəsi ilə işdən ayrılması üçün təzyiqlərlə üzləşdiyini, əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi barədə xəbərdarlıq edildiyini də iddia edib.

O, məktubunda ailəsinin sosial vəziyyətinə də toxunub. İki övlad atası olduğunu bildirən əməkdaş övladlarından birinin əlilliyi səbəbindən xüsusi təhsilə, reabilitasiyaya və davamlı dəstəyə ehtiyac duyduğunu qeyd edib. İşini itirəcəyi təqdirdə ailəsinin maddi vəziyyətinin pisləşəcəyini, övladının reabilitasiya imkanlarının çətinləşəcəyini vurğulayıb.

Qurum əməkdaşı əmək münasibətlərinə öz ərizəsi ilə xitam vermək niyyətində olmadığını və işini davam etdirmək istədiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!