Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq

İqtisadiyyat

13 Noyabr 2026 23:39 58


Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

"Yeni Sabah" xəbər verir ki, bu məsələ noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə olunub.

İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələlərinə baxılıb. İnternet mağaza

Bildirilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi planlaşdırılır.

Bundan əlavə, növbəti ildən büdcənin tərtibi, icrası və hesabatlılığı sahəsində yeni skorinq metodologiyasının tətbiqi nəzərdə tutulur.

Maliyyə naziri müvafiq sənədlərin hazırlanması və yeni mexanizmlərin tətbiqi ilə bağlı tapşırıqlar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!