Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO

Kriminal

13 Noyabr 2026 19:53 61


Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və videolarını montaj edərək sosial şəbəkələrdə yayan, həmin materialların silinməsi müqabilində onlardan pul tələb edən şəxsi saxlayıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb. Məişət texnikası

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs "TikTok" və "Instagram" sosial şəbəkələrindən tələbələrə məxsus foto və videoları əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə etdikdən sonra onları yaratdığı saxta sosial şəbəkə hesablarında paylaşıb.

Daha sonra həmin materialların silinməsi müqabilində tələbələrdən pul tələb edib.

Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!