Bakıdakı dəhşətli qəzanın   ANBAAN GÖRÜNTÜLƏRİ

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Hadisə

13 Noyabr 2026 21:57 75


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda yeraltı piyada keçidinin bir neçə metr yaxınlığında baş vermiş ağır yol-nəqliyyat hadisəsinin videogörüntülərini yayıb.

"Yeni Sabah" xəbər verir ki, piyadanın yanlış seçim etməsi faciə ilə nəticələnib.

Belə ki, bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Online alış-veriş

Hərəkətdə olan avtomobillərdən biri yaxınlıqda yeraltı piyada keçidinin olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!