Prokurorluq orqanlarında çalışmaq istəyənlərin   NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq orqanlarında çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Sosial

13 Noyabr 2026 19:25 54


Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin tarixi dəyişdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlər üçün noyabrın 19-na nəzərdə tutulan yazılı imtahan noyabrın 23-nə keçirilib. Sərfəli qiymətə məhsullar

İmtahan həmin gün saat 10:00-da Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 5) keçiriləcək. İmtahanın müddəti dörd saatdır.

Namizədlər buraxılış rejiminin təmin edilməsi üçün saat 09:00-dək imtahan binasının qarşısında olmalı, "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

Buraxılış vərəqəsi və "Yaddaş kitabçası" Baş Prokurorluğun rəsmi internet səhifəsində şəxsi kabinet vasitəsilə əldə edilərək çap olunmalıdır.

Əlavə məlumat almaq istəyənlər 361-00-80, 437-28-56, 361-00-76, 361-00-77 və 361-00-78 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!