ATV telekanalının əməkdaşı, Jurnalist Ceyhun Rzayev bu gün saat 11.00-da intihar edəcəyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda o sosial şəbəkə hesabında yazıb.
Jurnalist qeyd edib: Dördpendirli pizza
“Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa - üzr istəyirəm. Haqqınızı halal edin.
Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən, məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.
Ünvan: Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında Dərə marketin yaxınlığı.
Xahiş edirəm, mənə yazmayın və zəng etməyin”.
Qeyd edək ki, C. Rzayev valideynləri tərəfindən yaşadığı evdən çıxarılır. Bununla bağlı o bir neçə dəfə açıqlama yayaraq məhkəmələrin ədalətsiz qərar qəbul etdiyini bildirib.
DIN rəsmisi Elşad Hacıyeb isə deyib ki, telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar nazirlik tərəfindən təcili müdaxilə edilib. O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir.
Telegram kanalımız