Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi

İdman

03 İyun 2026 01:05 84


Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Yeni Sabah" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiya millisini məğlub edib.

"Tipos Arena"dakı qarşılaşma 5:2 hesabı ilə bitib. Pepperoni pizza

Millimizin qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.

Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.

Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib - 3:2.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!