Sinqapurda avtobusda sərnişinləri narahat edən bəzi davranışlara görə artıq cərimə tətbiq olunacaq.
“Yeni Sabah” xəbər verir ki, ölkədə ictimai nəqliyyatda yüksək səslə musiqi dinləmək, oturacağa ayaq qoymaq, yemək yemək və zibil atmaq kimi hərəkətlər qanun pozuntusu hesab ediləcək.
Sinqapur Yerüstü Nəqliyyat İdarəsinin açıqlamasına görə, əvvəllər avtobus şirkətlərinin daxili qaydaları ilə tənzimlənən bəzi davranışlar yeni qaydalarla hüquqi məsuliyyətə səbəb olacaq. Dördpendirli pizza
Yeni qaydalara əsasən, avtobusda yüksək səslə musiqi və ya digər səslər yaymaq, oturacaqlara ayaq qoymaq, yemək və içmək, həmçinin zibil atmaq kimi hərəkətlərə təxminən 400 ABŞ dolları məbləğində cərimə tətbiq ediləcək. Daha ciddi qayda pozuntularına görə isə cərimənin məbləği 4 min dollara qədər yüksələ bilər. Avtobus dayanacaqlarında və terminallarda insanların keçidinə mane olmaq və ya təhlükə yaratmaq, həmçinin avtobusun, dayanacağın və ya terminalın hər hansı hissəsini çirkləndirmək daha ağır pozuntu hesab ediləcək.
Oxşar qaydalar Polşanın Krakov şəhərində də tətbiq olunub. Bu il qüvvəyə minən qaydalara əsasən, ictimai nəqliyyatda mobil telefon və digər elektron cihazlardan istifadə etməklə ətrafdakı insanların rahatlığını və sakitliyini pozan şəxslər 200 zlotiyə, yəni təxminən 52 ABŞ dollarına qədər cərimələnə bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız