Azad olunmuş ərazilərə investisiya qoyun! - Nazirdən çağırış 

saytların hazırlanması

Evə çatdırılma

Azad olunmuş ərazilərə investisiya qoyun! - Nazirdən çağırış 

Sosial

25 Aprel 2023 13:20 578


Sahibkarları işğaldan azad olunmuş ərazilərin bərpasına və tikintisinə investisiya qoymağa çağırırıq. 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, hökumətin qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqəlidir. Bir sıra rayon və şəhərlərin baş planları artıq təsdiqlənib, təməl infrastrukturun yaradılması üzrə işlər tam sürətlə davam edir. pizza mizza

Nazir hökumətin investorlara və sahibkarlara lazımı dəstəyi göstərdiyini vurğulayıb.

O qeyd edib ki, Araz Vadisi İqtisadi Zonasında və Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli şərait yaradılıb. Bu tədbirlər işğaldan azad olunmuş ərazilərdə investisiyaların cəlbinə, sahibkarlığın inkişafına xidmət edəcək.

Bütün bunlar bir daha göstərir ki, dövlət daima sahibkarların yanındadır və biz nəticəyönümlü tədbirlərin, təsirli dəstək və təşviq mexanizmlərinin köməyilə özəl sektorun dayanıqlı və etibarlı inkişafına nail oluruq", - M.Cabbarov deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!