Azərbaycan Danimarkanın iri şirkətilə anlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Danimarkanın iri şirkətilə anlaşdı

İqtisadiyyat

06 May 2025 10:05 380


İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarkanın "Carlsberg Group" şirkətinin nümayəndələri ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri qeyd olunub.

"Carlsberg Group" şirkətinin ölkəmizdə uğurlu fəaliyyəti, investisiyaların dəstəklənməsi, yerli istehsalın artırılması, əldə edilən nəticələr və potensial addımlar müzakirə olunub.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə "Carlsberg Azerbaijan" şirkəti arasında 2025–2030-cu illəri əhatə edən Anlaşma Memorandumu imzalnıb. Vurğulanıb ki, sənədin icrası xammal və qablaşdırma materiallarının lokallaşdırılmasına, tam yerli istehsalın təmin edilməsinə, ətraf mühitin qorunmasına töhfə verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!