Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyət strategiyasında imtahan modelinin təkmilləşdirilməsi prosesi artıq bir neçə ildir başlayıb və davam etdirilir.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
O bildirib ki, DİM-in imtahan sistemləri üçün təqdim etdiyi suallar əvvəlki illərlə müqayisədə xeyli fərqlənir: “Öncəki illərdə imtahanlarda yalnız qapalı tipli test sualları təqdim edilib. Bu suallar şagirdlərin analitik düşünmə, strateji qərar qəbul etmə, əlaqələndirmə və özünüifadə bacarıqlarının inkişafına imkan vermirdi. Şagirdlərin intellektual yanaşması yalnız testlərdə təqdim olunan informasiya və faktlarla məhdudlaşırdı. Bu, müəyyən mərhələyə qədər davam etdi. Artıq dünya təhsili dəyişir, təhsilin qarşıya qoyduğu tələblər və prinsiplər inkişaf edir. DİM də bu dəyişikliklərlə ayaqlaşmağa çalışır. Mərhələli imtahan modelinə keçid, qapalı tipli sualların tədricən azaldılması, açıq tipli və situasiya suallarının tətbiqi, xarici dil fənni üzrə dinləmə mətnlərinin, danışıq və esse yazmaq bacarıqlarının qiymətləndirilməsi bu prosesin tərkib hissəsidir”. ShopByBro
İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Ekspert qeyd edib ki, məktəbin tədris proqramı ilə imtahan suallarının uzlaşdırılması uzun illərdir mövcud olan problemlərdən biridir: “Məsələyə iki istiqamətdən baxmaq lazımdır. Birincisi, şagirdin mənimsəməli olduğu vahid tədris proqramı var. Bu da orta ümumtəhsil məktəbləri üçün hazırlanmış proqramdır. DİM açıq tipli sualları həmin proqram, ayrı-ayrı fənlərin kurikulumu, məzmun standartları və məzmun xətləri əsasında hazırlayır. Qiymətləndirici qurum, təbii ki, suallar bankını həmin məzmun standartlarının tələblərinə uyğun formalaşdırmalıdır. Lakin burada əsas məsələ sualların necə hazırlanmasıdır. Təəssüf ki, bu məqam cəmiyyət tərəfindən hər zaman müsbət qarşılanmır. Məktəb öz fəaliyyətini yalnız imtahan suallarına uyğun qurmamalıdır. Yəni vahid tədris proqramı sualların diktəsi ilə hərəkət edə bilməz. Sadəcə, bunlar arasında tarazlıq yaradılmalıdır. Bu gün şagirdin, müəllimin və valideynin həmin tarazlığa ehtiyacı var. Tarazlıq olmayanda isə bundan qazanan repetitorlar olur”.
Beynəlxalq imtahan nəticələrinin qəbulda tanınması universitetlərin səviyyəsindən asılıdır
Elmin Nuri SAT, IELTS və TOEFL kimi beynəlxalq imtahanların nəticələrinin yerli ali təhsil müəssisələrinə qəbul prosesində tanınmasını məqsədəuyğun hesab etdiyini bildirib.
Telegram kanalımız